
- A-
- A
- A+
Dünya
22:47 / 15.05.2022
Zelenski “Tallinn gerbi” mükafatını aldı - FOTO
Hazırda oxunan: Zelenski “Tallinn gerbi” mükafatını aldı - FOTO
74478
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ukrayna Prezidenti Volodimir Zelenski ona xüsusi şərəf əlaməti olaraq verilən “Tallinn gerbi”ni qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident Aparatının Telegram kanalında yayılan məlumatda deyilir.
Qeyd olunur ki, Zelenskinin mükafatlandırılması ilə bağlı qərarı mayın 5-də Tallinn Şəhər Şurası qəbul edib.
Prezident Aparatı əlavə edib ki, Tallinn şəhərinin meri Yevgeni Osinovski prezidentə verilən mükafatı Estoniyada səfərdə olan Ukrayna Ali Radası sədrinin birinci müavini Aleksandr Korniyenkoya təqdim edib.
Osinovski qeyd edib ki, bu mükafat Tallinn və onun sakinlərinin Ukrayna xalqı ilə həmrəyliyini, Rusiya Federasiyasına qarşı qəhrəmancasına mübarizəyə dəstəyini nümayiş etdirir.
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































