Rusiyada mağazalardan oğurluq halları ÇOXALIB

Hazırda oxunan: Rusiyada mağazalardan oğurluq halları ÇOXALIB

74430

2022-ci ilin fevralından aprel ayına qədər Rusiya mağazalarında oğurluq halları nəzərəçarpacaq dərəcədə artıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RBK telekanalı yayıb.

Mənbə videoanalitika sistemlərinin tərtibatçısı NTechLab-ın məlumatlarına istinadən material hazırlayıb.

Göstərilən dövrdə bir mağazada orta hesabla 130 oğurluq hadisəsi qeydə alınıb. Bu da 2021-ci ilin fevral-aprel ayları ilə müqayisədə 18% çoxdur.

Söhbət təkcə ərzaq supermarketlərindən deyil, həm də geyim mağazalarından, uşaq mallarından, məişət əşyalarından gedir.

Şirkət məhsulların tez-tez sözün əsl mənasında, zənbillərlə oğurlandığını qeyd edib. Belə hallar 27% daha çox olub.

Bundan əlavə, oğruların bir anda mağazalara vurduğu zərərin orta məbləği 1,5 min rubla qədər artıb. Bu da bir il əvvəlki ilə müqayisədə 25% çoxdur. Bu il kibercinayətkarlar özünəxidmət kassalarında olan malların çıxarılmasında xüsusilə fəaldırlar: belə hallar 34% artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO