Rusiyada bakılı kəşfiyyatçının abidəsinə boya tökən qadın saxlanıldı

Hazırda oxunan: Rusiyada bakılı kəşfiyyatçının abidəsinə boya tökən qadın saxlanıldı

74429

Rusiyanın Vladivostok şəhərində Sovet İttifaqı Qəhrəmanı, bakılı kəşfiyyatçı Rixard Zorgenin abidəsinin üzərinə boya tökən qadın saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Bu faktla bağlı müstəntiqlər 39 yaşlı Vladivostok sakinini saxlayıblar. İstintaq zamanı hadisələrin xronologiyası, o cümlədən onun “cinayət əməllərinin törədilməsindən əvvəl və sonra” baş vermə marşrutu ətraflı şəkildə bərpa edilib”, - İstintaq Komitəsi qeyd edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin mənzilində axtarış zamanı onun cinayət törədərkən geyindiyi ehtimal olunan paltarları, boya və cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən digər əşyaları götürüblər.

“Vahid Rusiya”nın Primorsk bölməsinin məlumatına görə, Qələbə günü ərəfəsində yerli sakinlər kəşfiyyatçı Zorgenin abidəsinin postamentinin qırmızı boya ilə örtüldüyünü bildiriblər. Abidə sonradan təmizlənib.

Xatırladaq ki, Rixard Zorge 1895-ci ilin 4 oktyabr tarixində Bakı şəhərinin Sabunçu qəsəbəsində alman Vilhelm Zorgenin ailəsində anadan olub. Doqquz övladın sonuncusu olan Rixard Zorgenin atası Bakıya neft mədənlərində mühəndis işləməyə gəlmiş əcnəbilərdən idi.

Qafqaz Neft Şirkətində çalışan Vilhelm Zorge rus əsilli Nina Semyonovna ilə evli olub.
Ailə bir necə il Azərbaycanın mərkəzi şəhəri olan Bakıda qaldıqdan sonra yenidən Berlin şəhərinə köçür.


O, Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə olub. Zorge Ramzay ləqəbindən istifadə edib. Onun ən mühüm fəaliyyətlərindən biri 1940–1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf  Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO