Moskvaya qarşı çıxan Depardye Rusiyaya qayıtmaq istəyir

Hazırda oxunan: Moskvaya qarşı çıxan Depardye Rusiyaya qayıtmaq istəyir

74426

Ukraynada keçirilən xüsusi əməliyyatı tənqid edən fransalı aktyor Jerar Depardye Rusiyaya qayıtmaq niyyətindədir. 

Bizim.Media xəbər verir ki, bu xəbəri ulduzun nümayəndəsi, rejissor Arno Frille paylaşıb.

Depardye fevralın 24-dən Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün məcburi xüsusi əməliyyat keçirən Moskvaya qarşı çıxış edib. Baxışlarına baxmayaraq, aktyor Rusiyaya qayıtmaq istəyir.

"O, nə qaçqınlara kömək etmək üçün xüsusi tədbirlərdə, nə də humanitar proqramlarda iştirak edir". Frille "Moskva danışır" radiostansiyası ilə söhbətində belə deyib.

Depardye 2013-cü ildə Rusiya pasportu alıb. Anti-Rusiya bəyanatlarından sonra sənətçini Rusiya vətəndaşlığından məhrum etmək təşəbbüsü ortaya çıxıb. Kreml də öz növbəsində bu təklifi şərh etməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO