Nyu-Yorkdakı atışmada 7 nəfər həlak olub - Şübhəli şəxs nəzarətə götürüldü

Hazırda oxunan: Nyu-Yorkdakı atışmada 7 nəfər həlak olub - Şübhəli şəxs nəzarətə götürüldü

74404

Xəbər verdiyimiz kimi, ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində naməlum şəxs marketdə insanlara atəş açıb. Hadisə zamanı 9 nəfər yaralanıb.  

Bizim.Media “NBC News”a istinadən xəbər verir ki, supermarketdə baş verən kütləvi atışma zamanı azı 7 nəfər həlak olub.

Mənbə yazır ki, daha bir qurbanın vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hərbi geyimdə olan bir kişi Cefferson prospektindəki “Tops Friendly” marketinə daxil olub və tüfəngdən atəş açmağa başlayıb.

Buffalo polisi bildirib ki, şübhəli şəxs nəzarətə götürülüb. Hadisə yerində isə ən azı iki tüfəng aşkarlanıb.

Səlahiyyətlilər ərzaq mağazasında cinayətkarın atəş açmasına nəyin səbəb olduğunu rəsmən müəyyən etməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO