Tokayev Jirinovskiyə cavab verdi: “Heç kim qazaxlara torpaq verməyib”

Hazırda oxunan: Tokayev Jirinovskiyə cavab verdi: “Heç kim qazaxlara torpaq verməyib”

7438

“Qazaxıstan tarixi 1991 və ya 1936-cı illərlə ölçülmür”.

Bizim.Media xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev “Egemen.kz” nəşrində yayımlanan məqaləsində yazıb.

Bundan əvvəl Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski və “Vahid Rusiya” partiyasından Dövlət Dumasında olan iki deputatı - Vyaçeslav Nikonov və Yevgeni Fedorov deyiblər ki, Qazaxıstana aid olan əraziləri Rusiya onlara "hədiyyə" edib.

Onların fikrincə, qazaxlar ölkənin şimal hissəsində ümumiyyətlə yaşamayıblar.

Fedorov Qazaxıstana Rusiya ərazisini qaytarmağı təklif edib.

“Əcdadlarımızdan miras qalan müqəddəs torpaqlarımız əsas sərvətimizdir. Bu geniş ərazini heç kim qazaxlara verməyib. Tariximiz 1991 və ya 1936-cı illərlə ölçülmür. Qazax xanlığı, Qızıl Orda, Türk Kaqanlığı, Hunlar və Saklar dövründə xalqımız burada yaşayıb” deyib Tokayev.

O, hesab edir ki, tarix siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən öyrənilməlidir

''Əsrlər boyu sərhədlər beynəlxalq müqavilələrlə rəsmi olaraq tanınıb. Bundan əvvəl demarkasiya və delimitasiya anlayışları yox idi''.

''Bir çox siyasətçi və ictimai xadim, "tələsməyək", "sonra razılaşacağıq" deyərək sərhəd məsələsini təxirə salmağı təklif ediblər. Zaman göstərdi ki, bu mövzuda dərhal danışıqlar aparmaq lazımdır''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO