Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı

Hazırda oxunan: Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı

74274

Rusiyada illik inflyasiya 2022-ci ilin aprelində mart ayındakı 16,69 %-dən 17,83 %-ə yüksəlib.

Bizim.Media Federal Dövlət Statistika Xidmətinə istinadən xəbər verir ki, 2022-ci ilin əvvəlindən qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə daha çox artıb.

Artımın 3/4-ü mart ayında baş verib. Bu isə 1998-ci ilin dekabr ayından inflyasiya statistikası baxımından ən pis ay olub.

Məlumatda həmçinin bildirilir ki, aylıq istehlak qiymətləri 1,56 % artıb. Aprel ayında ərzaq məhsulları mart ayına nisbətən 2,87 %, illik isə 20,48 % bahalaşıb. Ən çox qənd bahalaşıb – 67 %. Bahalaşma digər ərzaq məhsullarına da daxildir: marqarin yağı - 12,9 %, qara çay, kakao, qatılaşdırılmış süd, peçenye - 7,1-8,9 %, süd, qatıq, mayonez, meyvə şirələri, qara bibər, duz, qazlı içkilər, mineral su, ketçup, dondurma, qəhvə, yaşıl çay, zəncəfil, çörək - 5,0-7,0 % bahalaşıb.

Qeyri-ərzaq məhsulları aprel ayında 0,53%, illik isə 20,19 % bahalaşıb. Aprel ayında xidmətlərin dəyəri aylıq 1,07 %, illik 10,87 % artıb.
Qeyd edək ki, Mərkəzi Bank 2022-ci ilin qarşıdakı aylarında Rusiyada inflyasiyanın artacağını deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO