London niyə Assanjı ABŞ-a vermək istəmir?

Hazırda oxunan: London niyə Assanjı ABŞ-a vermək istəmir?

7417

London məhkəməsi Culian Assanjı Vaşinqtona təhvil verməkdən imtina edib.

Bizim.Media “Vzqlyad.ru”ya istinadən xəbər verir ki, bundan başqa London məhkəməsi onu girov müqabilində sərbəst buraxacağı da deyilir.

 

MÖVZU İLƏ BAĞLI:

Culian Assanj Nobelə namizəd göstərildi



ABŞ nümayəndələri isə bu qərara etiraz etmək üçün apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildiriblər. Bu vəziyyət İngiltərə və Amerika münasibətlərinə mənfi təsir göstərə bilər. Bəs, London ABŞ-a qarşı niyə belə bir addım atıb?

London Mərkəzi Cəza Məhkəməsinin hakimi Vanessa Baraitser, dünya elitasının sirrlərini ortaya çıxaran, eyni zamanda Pentaqon, CIA və Dövlət Departamentinin cinayətlərinin üstünü açan, “Wikileaks”in qurucusu Culian Assanjı ABŞ-a  təhvil verməkdən imtina edib.

Məhkəmə ABŞ-ın Assanjın ekstradisiyası tələbini, onun ruhi sağlamlığını qorumaq üçün rədd edib.

Hakim açıqlamasında Assanjın autizm və klinik depressiyadan əziyyət çəkdiyini və intihara meylli olduğunu deyib. Onun sözlərinə görə, Assanjın ABŞ-da təkkameralı otaqda saxlanılması nəticəsində vəziyyəti ciddi şəkildə pisləşə bilər və bunun nəticəsində o, intihar edə bilər.

Qeyd edək ki, Assanjın girov müqabilində sərbəst buraxılması ehtimalı olduqca azdır.

Çünki bundan öncə o, bu şərtləri kobud şəkildə pozub. İndiyə qədər hakim bu cür müdafiə tələblərini rədd edib.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO