Türkiyyədə 8 saatlıq elektrik böhranının vurduğu ziyan -  1 milyard dollar

Türkiyyədə 8 saatlıq elektrik böhranının vurduğu ziyan - 1 milyard dollar

Hazırda oxunan: Türkiyyədə 8 saatlıq elektrik böhranının vurduğu ziyan - 1 milyard dollar

74037
Martın 31-də Türkiyənin əksər iri şəhərləri 8 saat elektriksiz qaldı. “CNNtürk”x9d saytının yazdığına görə, gün ərzində bütün fabrik və zavodlarda iş dayandı. İş adamlarına böyük zərbə dəydi. Avtomobil sənayesindən tekstil fabriklərinə qədər bütün istehsal sahələri ziyana uğradı. Bir çox zavodların texniki avadanlıqları sıradan çıxdı. 8 saatlıq elektrik kəsilməsinin Türkiyə iqtisadiyyatına vurduğu ziyan 1 milyard dolları keçdi. Yalnız sənaye istehsalında itki 800 milyon dollara yaxın oldu. 

8 saatdan artıq davam edən elektrik problemi demək olar ki, bütün Türkiyədə həyatı iflic etdi. Nəqliyyatın hərəkəti dayandı. Kartlarından pul çəkmək istəyənlər bankomatlar qarşısında çarəsiz qaldılar. Bir çox dövlət qurumlarında iş dayandı, vətəndaşlar saatlarla fasilənin bitməsini gözlədilər. 

Ticarət mərkəzlərində generatorlar olsa da, bunun bir günlük xərci 50 min türk lirəsinə başa gəldi. 

Türkiyəni iflic edən elektrik fəlakəti ilə sənayedə çarxlar dayandı. Tekstil sektoru da 200 milyon dollar zərərə uğradı. 

Günortadan sonra dövlət məmurları və işçilər evlərinə göndərildi. Restoran və kafelər xidmət göstərə bilmədi. 

Ankara Sənaye Palatasının rəhbəri Nurəddin Özdəbir mətbuata açıqlamasında Türkiyə iqtisadiyyatının verdiyi itkini belə hesabladı: “Bir illik milli gəlir 800 milyard dollar təşkil edir. Bunu 365 günə bölsək, gündəlik istehsal 2.2 milyard dollardır. 1 saatlıq itkini 100 milyon dollardan hesablasaq, 8 saatlıq itki 800 milyon dollara qədərdir”x9d.

Elektrikin kəsilməsi, zavodlarda istehsalı dayandırmaqla yanaşı, milyonlarla dollarlıq dəyəri olan avadanlıqları da sıradan çıxartdı.  

Beynəlxalq İqtisadi Enerji Birliyi sərf olunmayan enerjinin dəyərinin 6.3 milyon lirə olduğunu açıqladı.

musavat.com
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO