Culian Assanj Nobelə namizəd göstərildi

Hazırda oxunan: Culian Assanj Nobelə namizəd göstərildi

7397

Nobel Sülh Mükafatı laureatı Meyrid Korriqan Culian Assanjı, Çelsi Menninq və Eduard Snoudeni bu mükafata namizəd göstərib.

Bizim.Media xəbər verir ki, bununla bağlı o, Nobel Komitəsinə məktub göndərib.

Korriqanın sözlərinə görə, bu şəxsləri bir araya gətirməyinin səbəbləri çox sadədir:

"Onlar hakimiyyətin qanunsuz hərəkətlərini ifşa edən saysız cəsarət nümunələri göstəriblər. Fədakarcasına  insan ruhunun böyüklüyünü nümayiş etdiriblər”.

Korriqan, Assanjın Britaniya həbsxanasında saxlandığını, məhkəmənin onun ABŞ-a ekstradisiyasını rədd etməsinə baxmayaraq, bu riskin qaldığını xatırladıb.

''Assanj ABŞ-da insanlıqdan kənar davranışa məruz qala, hətta edam cəzasına məhkum edilə bilə''- deyə o vurğulayıb.

Çelsi Menninq Assanja məlumat ötürməkdə günahlandırılıb və ona qarşı ifadə verməkdən imtina etdiyi üçün yeddi il ABŞ həbsxanasında cəza çəkib. Keçmiş prezident Barak Obama tərəfindən əfv olunub.

ABŞ kəşfiyyat xidmətinin genişmiqyaslı gizli izləmə proqramlarını aşkarlayan Snouden Rusiyaya sığınıb və onu ömürlük həbs cəzası gözlədiyindən vətəninə dönə bilmir.

Nobel mükafatçısı deyib ki, onların hər üçü vicdanlarının səsi ilə vəzifələrini sevgi ilə yerinə yetiriblər.

Xatırladaq ki, Korriqan 1976-cı il Nobel mükafatını Şimali İrlandiyadakı münaqişənin nizamlanmasına görə alıb. O, Betti Uillyamsla birlikdə münaqişəyə son qoymağa çalışan təşkilat yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO