İran Ukraynaya təzminat ödəyəcək – Təyyarə qəzası - FOTO

Hazırda oxunan: İran Ukraynaya təzminat ödəyəcək – Təyyarə qəzası - FOTO

7356

İran Ukraynaya məxsus təyyarənin yanlışlıqla vurulması nəticəsində həlak olanların ailələrinə 150 min dollar məbləğində təzminat ödəyəcək.

Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Nazirlər Kabineti qərar qəbul edib. Qərarda deyilir ki, kompensasiya həlak olanların milliyyəti və vətəndaşlığı nəzərə alınmadan bütün ailələrə ödəniləcək. Hadisə nəticəsində Ukrayna vətəndaşları ilə yanaşı, Kanada, Almaniya, Əfqanıstan, İsveç və İran vətəndaşları da həlak olub.

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də “Ukrayna Hava Yolları”na məxsus “Boeng-737” sərnişin təyyarəsi yanlışlıqla iranlı hərbçilər tərəfindən raketlə vurulub. Nəticədə təyyarədəki ekipajla birlikdə 176 sərnişin həlak olub.

Rəsmi Tehran hadisəyə görə məsuliyyəti üzərinə götürərək Ukraynadan üzr istəyib və həlak olanların ailələrinə kompensasiya ödəməyə razılıq verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO