Özbəkistan Xarici İşlər Nazirliyi bəzi xarici ölkələrin liderlərinin rəsmi Daşkəndin Rusiya və Belarusun Birlik Dövlətinə daxil olması ilə bağlı bəyanatlarını “təxribat” hesab edir.
Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
“Son zamanlar bəzi nəşrlər xarici dövlətlərin ayrı-ayrı rəhbərlərinin Rusiya-Belarus Birlik dövlətinin genişlənməsi və Özbəkistan Respublikasının ona qoşulması ilə bağlı əsassız bəyanatlarını tirajlayırlar.
Bununla əlaqədar, Özbəkistan xarici tərəfdaşlarla dostluq münasibətlərinə xələl gətirə biləcək bu cür təxribat xarakterli hərəkətlərin yolverilməzliyini bir daha bəyan edir.
Özbəkistan Respublikası ölkənin müstəqilliyini və suverenliyini yalnız milli maraqlara əsaslanaraq təmin etmək məqsədilə bundan sonra da seçdiyi müstəqil inkişaf kursunu qətiyyətlə davam etdirəcək”, deyə bəyanatda deyilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:33 / 08.05.2022
Özbəkistanın sərt cavabı: Rusiya-Belarus Birlik dövlətinə daxil olmayacağıq
Hazırda oxunan: Özbəkistanın sərt cavabı: Rusiya-Belarus Birlik dövlətinə daxil olmayacağıq
Hazırda oxunan: Özbəkistanın sərt cavabı: Rusiya-Belarus Birlik dövlətinə daxil olmayacağıq
73354
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.