Mutasiyaya uğrayan COVİD-19 bu ölkədə də aşkarlandı

Hazırda oxunan: Mutasiyaya uğrayan COVİD-19 bu ölkədə də aşkarlandı

7308

İlk dəfə Böyük Britaniyada aşkarlanan koronavirusun mutasiya olunmuş növü bu dəfə Yunanıstanda ortaya çıxıb.

Bizim.Media Yunanıstanın "Antenna" telekanalına istinadən xəbər verir ki, Afina Akademiyasının Tibbi Texnoloji Tədqiqatlar İnstitutuna təqdim olunan testlərdə koronavirusun mutasiya olunmuş növü aşkarlanıb.
 


MÖVZU İLƏ BAĞLI:

ÜST: "Mutasiya davam edəcək"
 


Ştammın dörd nümunədə müəyyən olunduğunu açıqlayan kanal qeyd edib ki, bu yaxınlarda ölkədə tətbiq olunan geniş miqyaslı sərt karantin tədbirlərinin məhz sözügedən növün aşkarlanması ilə əlaqəlidir.

Xatırladaq ki, şənbə günü Yunanıstan Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stelios Petsas Yunanıstanda qüvvədə olan ümumi karantin tədbirlərinin 11 yanvar tarixinə qədər daha da sərtləşdiriləcəyini açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO