Rusiya aviaşirkəti Soçidən Bakıya uçuşlara başlayır

Rusiya aviaşirkəti Soçidən Bakıya uçuşlara başlayır

Hazırda oxunan: Rusiya aviaşirkəti Soçidən Bakıya uçuşlara başlayır

72977

Rusiyanın “Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu ilə uçuşlara başlayacaq.

Bizim.Media aviaşirkətin saytına istinadən xəbər verir ki, “Azimut” mayın 9-dan Rusiyanın Krasnodar vilayətinin Soçi şəhərindən həftənin bazar ertəsi və cümə günləri Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

Təyyarələr yerli vaxtla saat 01:00-da Soçidən yola düşərək 03:50-də Azərbaycanın paytaxtına enəcək. Soçiyə yollanan sərnişinlər Bakıdan saat 04:20-də qalxan təyyarə ilə 05:20-də Soçiyə çatacaqlar.
Şirkət iyun ayından uçuşların sayını artırmağı planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO