Moderator.az xəbər verir ki, Türkiyənin tanınmış şəxsləri, ünlü sənətçiləri kürd probleminin həllinə töhfə vermək üçün hərəkətə keçiblər.
Məsələnin həlli prossesində müşahidə heyətində yer alacaq adlar müəyyən olunub. 9 ad üzərində razılaşma təmin edilmiş vəziyyətdədir.
Heyətdə yer alacaq 6 adamın adları bunlardır: Kadir İnanır, Dəniz Ölkə Arıboğan, Avni Özgürəl və Öztürk Türkdoğan, Hilal Kaplan və Ahmet Taşgətirən.
Bu adlar müşahidə heyətində yer almaq istəməzlərsə Ali Bayramoğlu, Beril Dədəoğlu və Şah İsmayıl Bədirhanoğlu heyətə qatılacaq.
































































































