Nyu Yorkda keçiriləcək bir seks partiyasına məşhur bankın rəhbərliyinin qatılacağı iddiası maliyyə bazarlarını qarışdırıb.
ANS PRESS-in məlumatına görə, partiyanı təşkil edən şəxslərdən biri bu fəaliyyəti "Eyes Wide Shut" (Gözü tamamilə bağlı -red) filminə bənzədib.
"New York Post"un ortaya atdığı bu iddia beynəlxalq maliyyə bazarlarına təsirsiz qalmayıb. Qəzet yazır ki, Londonda fəaliyyət göstərən bir seks klubunun administratoru Emma Sayle bu həftə Nyu-Yorkda bir seks partiyası təşkil edəcək. İngilis Saylenin təşkil etdiyi bu partiyaya İsveçrənin ən məşhur banklarından olan UBS-də çalışan yüksək vəzifəli şəxslərin qatılacaq. Nyu Yorkun Flatrion bölgəsində keçiriləcək olan partiyaya qatılmaq üçün əsas şərt cazibədar və yaşının18-52 olmasıdır.
Klubun üzvü içəridə yaşananların Tom Crus və Nikole Kidmanın oynadığı "Eyes Wide Shut" (Gözü tamamilə bağlı) filminə bənzədiyini bildirib. Partiyaya qatılan kişilərin bir qadınla iştirak etməsi istənilir. Və iştirakçıların maska taxması da əsas şərtdir.






































































































