Yarım tonluq qadın -  FOTO

Yarım tonluq qadın - FOTO

Hazırda oxunan: Yarım tonluq qadın - FOTO

71353
Dünyanın ən kök qadını olan və çəkisi yarım tona çatan Mayranın yeni fotoları yayılıb.  470 kiloluq Mayranın inanılmaz hekayəsi gün keçdikcə daha çox maraq doğurur. 

ABŞ-ın Texas ştatında yaşayan yarım tonluq Mayra Rosales 11 əməliyyatdan sonra 362 kq arıqlaya bilib. 

34 yaşlı Rosales bədən ağırlığının 80 faizini itirərək yenidən həyata yenidən başlanıb. Qadın 4 ildir artıq çəkidən azad olmaq üçün mübarizə aparıb. İndi onun çəkisi 100 kq civarındadır. 

Qadın arıqlamaq haqqında qərarı bacısının oğlunun ölümündən sonra verib. Körpəni anası öldürsə də, bu qətli Mayra ona qulluq edən bacısına yaxşılıq etmək üçün öz üzərinə götürüb və uşağın üzərinə yıxıldığını deyib. Bu xəbərlər dünya mətbuatında da geniş yer almış, hətta Mayraya qarşı qaralama kampaniyası da başlamışdı. 

Bir anda edam hökmü ilə üz-üzə qalan Mayra sonradan 2 yaşlı körpəni öz anasının başına vurduğu zərbədən sonra öldüyünü deyib. Bunu tibbi ekspertiza da üzə çıxarıb. 

Bir neçə ay sonra əsl qatil yaxalıb, Mayra isə azadlığa çıxaraq artıq çəki ilə mübarizəyə başlayıb. O, ilk olaraq mədə kiçiltmə əməliyyatı etdirib. Daha sonra pəhrizə başlayan qadın bir müddət sonra fiziki fəallıq sayəsində əhəmiyyətli dərəcədə arıqlayıb. 

İndi onun hədəfi daha çox çəki atmaqdır. (anspress)

Yarım tonluq qadın  - FOTOLAR

Yarım tonluq qadın  - FOTOLAR
Yarım tonluq qadın  - FOTOLAR
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO