Putin: “Mənə general rütbəsi lazım deyil, xalqıma sədaqətlə xidmət edirəm”

Putin: “Mənə general rütbəsi lazım deyil, xalqıma sədaqətlə xidmət edirəm”

Hazırda oxunan: Putin: “Mənə general rütbəsi lazım deyil, xalqıma sədaqətlə xidmət edirəm”

69289

Xəbər verdiyimiz kimi, Rusiya və Belarus prezidentləri – Vladimir Putin və Aleksandr Lukaşenko bu gün Uzaq Şərq bölgəsində yerləşən Amur vilayətindəki “Vostoçnı” kosmodromunda görüş keçiriblər. 3 saatdan çox davam edən görüşün nəticələri ilə bağlı liderlər mətbuata açıqlama veriblər.

Bizim.Media xəbər verir ki, Putinin sözlərinə görə, Rusiyanın Ukraynada vəzifəsi itkiləri minimuma endirməklə qarşıya qoyulan bütün məqsədlərə nail olmaqdır. 

"Rusiya Silahlı Qüvvələrinin Ukraynanın bir sıra bölgələrindəki hərəkətləri Donbasda aktiv əməliyyatlar aparmaq üçün Ukrayna qüvvələrinin əlaqələrini kəsmək zərurəti ilə bağlı idi", - Putin bildirib.
O, Ukraynada baş verənlərlə bağlı Rusiyada və xaricdə gedən müzakirələri diqqətlə izlədiyini bildirib. 

"Ukrayna Qərb üçün Ukrayna xalqının maraqları ilə heç bir əlaqəsi olmayan məqsədlərə çatmaq üçün bir vasitədir" deyə Putin qeyd edib.

“Mənə general rütbəsi lazım deyil, mən artıq Rusiya Federasiyasının xalqına sədaqətlə xidmət edirəm”. Kremlin sahibi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO