İsveçli jurnalist Rusiyada nenlərin yaşadığı kəndə getdi və...

Hazırda oxunan: İsveçli jurnalist Rusiyada nenlərin yaşadığı kəndə getdi və...

6714

İsveçin SVT nəşrinin jurnalisti Bert Sundstrom Rusiyanın şimal bölgəsinə etdiyi səfər təəssüratlarını bölüşüb.

Bizim.Media xəbər verir ki, o, bu ərazilərdə yaşayan nen xalqının müasir sivilizasiyaya yaxınlaşdığına və ənənəvi həyat tərzi ilə əlaqələrini kəsdiyinə görə təəssüfləndiyini bildirib.

Sundstrom Nenets Muxtar Dairəsinə gedərək Naryan-Mardan 60 kilometr məsafədə yerləşən Nelmin-Nos kəndində olub.

“Yaşadıqları evin içi istidir. Şimal maralının dəriləri yumşaqdır”,  - deyə jurnalist vurğulayır.

Onun sözlərinə görə, bir çox nen köçəri həyat tərzini tərk edir.

Sundstrom onların gələcəkləri barədə narahat olduğunu gizlətməyib: "Bunlardan yalnız bir neçə mini qalıb. Bütün qadın və kişilərin çoxu köçəri həyat tərzindən çıxaraq, kiçik bir kəndə yerləşiblər. Bütöv bir mədəniyyət, dil yoxa çıxır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO