“Marvel” filmlərindən tanıdığımız ən gözəl aktrisalar - FOTO

Hazırda oxunan: “Marvel” filmlərindən tanıdığımız ən gözəl aktrisalar - FOTO

6709

Marvel film dünyasında çoxlu gözəl xanımlar var. Rejissorlar fərqli obrazlara görə fərqli xanımları efirdə göstərməyə çalışır. Marvel filmlərinin ekrana çıxdığı 12 ildə biz çoxlu gözəl qızlar və xanımlar görmüşük efirdə.

Bizim.Media sizi bu xanımların filmləri və şəxsi həyatları ilə tanış edir:

Karen Sheila Gillan

Əslən Şotlandiya doğumlu olan aktrisanı biz filmlərdən Tanosun qızı Nebula kimi tanıyırıq. O məhşur obraz olan Gamoranın ögey bacısıdır. 33 yaşlı aktrisa ilk dəfə Marvel filmlərində 2014-cü ildə “Guardians of the Galaxy” filmi ilə debüt edib. Aktrisa həmçinin “The Call of the Wild” (2020), “Jumanji” (2017) filmlərində də rol alıb. Subaydır.

Pom Klementieff

Kanadalı aktrisa ilk dəfə super qəhrəman filmlərində 2017-ci ildə “Guardians of the Galaxy” 2-ci hissəsi ilə debüt edib. Biz xanımı Mantis obrazı ilə tanımışıq. Hal-hazırda Pomun 34 yaşı var və subaydır. Siz onu “Uncut Gems” (2019), “Wolf” (2009) filmlərində də görə bilərsiniz.

Tessa Lynn Thompson

Asgard-dan olan Valkyrie obrazı ilə Tessa Marveldə rol almağa başlayıb. Tessanın ekrana çıxan digər məhşur filmlərindən isə “Annihilation” (2017), “Real Boxing 2 Creed” (2015) bizə tanışdır. Marveldə ilk dəfə “Thor: Ragnarok” filmi ilə 2017-ci ildə debüt edən 37 yaşlı amerikalı aktrisa hələ də subaydır. 

Evangeline Lilly

Dünyaca məhşur “Lost” serialından Kate obrazı ilə tanıdığımız bu aktrisa 2015-ci ildən Marvelə qoşulub. “Ant-Man” filmində oynadığı The Wasp obrazı ilə aktirsa Marvelin ən gözəl xanımlarından biri hesab edilir. Hobbit trilogiyasında rol alan bu gözəl xanımı həmçinin “The Hurt Locker” (2008) filmində də görə bilərsiz. Bir dəfə evil olan aktrisa hal-hazırda subaydır. 

Zoe Yadira Saldana

42 yaşlı amerikalı aktrisa “Guardians of the Galaxy” filminin əsas personajlarından biri olaraq 2014-cü ildə Marvel ailəsinə qoşulub. Marvelə kimi “Avatar” (2009), “Guess who” (2008), “Pirates of the Caribbean” (2003) filmləri ilə tamaşaçılar tərəfindən sevilən aktrisa evlidir və filmlərlə yanaşı 5 uşaq dünyaya gətirməyə də macal tapıb.

Brie Larson

“Captain Marvel” (2019) filmində oynadığı baş rol ilə Marvelə qoşulan aktrisa bu qəhrəmanlar dünyasında ən yenilərdən hesab edilir. Marvelə qədər isə o, “Free Fire” (2016), “21 Jump Street” (2012) filmlərində rol alıb. Əksər həmkarları kimi aktrisa subaydır. 

Hayley Atwell

Marvel filmlərində ikinci dərəcəli rolu oynasa da bu aktrisa bu siyahıda olmağa layiqdir düşünürük. İngiltərədən olan 38 yaşlı aktrisa filmdə kapitan Amerikaya aşiq olan Margaret "Peggy" Krter obrazını canlandırır. Bu 2011-ci ildə yayımlanan “Captain America: The Winter Soldier” filmində baş vermişdir.

Elizabeth Chase Olsen

Yayda “WandaVision” serialında baş rol ilə qarşımıza gəlməyə hazırlaşan 31 yaşlı aktrisa amerikalıdır. Wanda ən güclü obrazlardan hesab edildiyindən gözlənilir ki, serial yüksək reytinq toplasın. Elizabeth ilk dəfə Marveldə 2015-ci ildə “Avengers: Age of Ultron” filmi ilə debüt etmişdir. O həmçinin, “Wind River“ (2016), “Red Lights” (2011) filmlərində rol almışdır. Özünə məxsus abu-havası olan, dedektiv janrda çəkilmiş birinci filmə baxmağı sizə məsləhət görərdik.

Natalie Portman

Dünyaca məhşur aktrisanı yəqin ki, hamı tanıyır. Hələ Marvelə qədər kifayət qədər populyar olan 31 yaşlı israilli aktrisa “Star Wars” filmlərində, “V for Vendetta” (2006), “The Professional” (2004) filmlərində rol almışdır. Natalie evlidir və iki övladı var.

Scarlett Johansson

Mənə görə Marvel super qəhrəmanlar kainatının  ən gözəl və cazibədar aktrisasıdır Scarlett. 36 yaşlı amerikalı gözəlin əcdadlarının rus olduğu da deyilir. Gələn il Marveldə onun baş rolu oynadığı “Black Widow” filminin premyerası gözlənilir. Solaxay olan aktrisa evlidir. “Marriage story” (2019), “Lucy” (2014), “Her” (2013) filmlərini izləyə bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO