Kerem Bürsin dünya ulduzu ilə bir arada – FOTO 

Kerem Bürsin dünya ulduzu ilə bir arada – FOTO 

Hazırda oxunan: Kerem Bürsin dünya ulduzu ilə bir arada – FOTO 

65904

Türkiyəli məşhur aktyor Kerem Bürsin dünya şöhrətli aktyor Antonio Banderasla İspaniyada bir araya gəlib. 

Bizim.Media xəbər verir ki, o, əfsanəvi ulduzla fotolarını “Instagram” hesabında paylaşıb. 

“Hardan başlayacağımı, necə başlayacağımı belə bilmirəm, amma həyəcan gerçəkdir.

Uşaqlıqdakı kumirlərimdən biri ilə aktyor olduqdan sonra görüşmək həyatın bəxş etdiyi hədiyyələrdən biridir! Performansınızı canlı izləmək heç vaxt unutmayacağım və hər zaman sevəcəyim bir şeydir.

Bu qədər səxavətli, ruhlandırıcı və təmiz ürəkli olduğunuz üçün təşəkkür edirəm”, - deyə sənətçi paylaşımında qeyd edib. 
Məlumat üçün bildirək ki, Kerem Bürsin “Malaga” film festivalında iştirak etmək üçün İspaniyaya gedib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO