Şavkat Mirziyoyev özbək əlifbasını dəyişdirdi

Şavkat Mirziyoyev özbək əlifbasını dəyişdirdi

Hazırda oxunan: Şavkat Mirziyoyev özbək əlifbasını dəyişdirdi

643644
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev latın qrafikalı özbək əlifbasına dəyişiklikləri nəzərdə tutan qanunu imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva məlumat yayıb.

Qanunun imzalanması oktyabrın 21-də – Özbək Dili Günündə elan olunub. 
 

Dəyişikliklərə əsasən, “Sh” birləşməsi “Ş”, “Ch” – “Ç”, “Oʻ” – “Ö”, “Gʻ” isə “Ğ” ilə əvəzlənir. “Ng” birləşməsi əlifbadan ayrıca vahid kimi çıxarılır. Beləliklə, yenilənmiş əlifba 28 hərf və bir apostrofdan ibarət olacaq.

 

Səidə Mirziyoyeva bildirib ki, məqsəd yazı sistemindəki çatışmazlıqları aradan qaldırmaq və özbək dilinin rəqəmsal mühitdə istifadəsini asanlaşdırmaqdır. Mövcud sənədlər, milli valyuta və qiymətli kağızlar qüvvədə qalacaq.

Dərsliklər, lövhələr və göstəricilər mərhələli şəkildə yenilənəcək.

Məktəblərdə yeni əlifbaya keçidə 2027-ci ildə birinci siniflərdən başlanılması, dərsliklərin tam yenilənməsinin isə 2031-ci ilədək başa çatdırılması planlaşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO