Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidməti (MI5) Ölkə Səhiyyə Sisteminin (NHS) banisi Nay Bevanı (Aneurin Bevan) Kommunist Partiyası ilə əlaqələri və İkinci Dünya Müharibəsi illərində hökumətə qarşı tənqidi mövqeyinə görə 27 il izləyib.
Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniya Milli Arxivi tərəfindən məxfilikdən çıxarılan xüsusi xidmət sənədlərində Bevanın parlamentdəki fəaliyyətinin, eləcə də onun xüsusi görüşlərinin və yerdəyişmələrinin 1933-cü ildən başlayaraq izlənildiyi ortaya çıxıb.
MI5 sosialist yönümlü və Uinston Çörçillin müharibə koalisiyasının kəskin tənqidçilərindən olan Bevanın kommunistlərə rəğbət bəslədiyindən şübhələnib. Lakin aparılan uzunmüddətli araşdırmalar dövlət təhlükəsizliyi üçün heç bir təhdidin olmadığını göstərib.
Qurumun 1955-ci ilə aid daxili qeydlərində Kommunist Partiyasının və trotskiçilərin dəfələrlə Bevanı öz tərəflərinə çəkməyə cəhd göstərdiyi, lakin hər dəfə uğursuzluğa düçar olduqları vurğulanır.
Qeyd edək ki, uelsli keçmiş mədənçi Nay Bevan müharibədən sonra Səhiyyə naziri postunu tutub və 1948-ci ildə dövlət tərəfindən maliyyələşdirilən məşhur NHS sisteminin əsasını qoyub. Bəlağətli nitq qabiliyyətinə malik olan siyasi xadim öz dövründə cəmiyyətdə və Leyboristlər Partiyasında ziddiyyətli fiqur kimi tanınıb. O, 1960-cı ildə vəfat edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:34 / 22.10.2026
Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı
Hazırda oxunan: Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı
Hazırda oxunan: Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı
643593
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































