Bu ölkə ölüm hökmünü bərpa etdi

Bu ölkə ölüm hökmünü bərpa etdi

Hazırda oxunan: Bu ölkə ölüm hökmünü bərpa etdi

643371

Burkina Fasonun cinayət məcəlləsində ölüm hökmü səkkiz illik fasilədən sonra bərpa edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Radio Omega” məlumat yayıb.

Məlumata görə, ölkənin Milli Qanunvericilik Assambleyasının üzvləri ölüm hökmünün bərpasına yekdilliklə səs veriblər.

Ədliyyə naziri Edasso Rodrige Bayala bildirib ki, qərarın məqsədi ictimai asayişi möhkəmləndirmək, vətəndaşları və onların əmlakını qorumaqdır.

Nazirin sözlərinə görə, ölüm hökmü terror fəaliyyəti, dövlətə xəyanət və müharibə cinayətlərində təqsirli bilinən şəxslərə tətbiq ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO