İlon Mask Ukraynanın “Starlink” sisteminə çıxışını məhdudlaşdırdı

İlon Mask Ukraynanın “Starlink” sisteminə çıxışını məhdudlaşdırdı

Hazırda oxunan: İlon Mask Ukraynanın “Starlink” sisteminə çıxışını məhdudlaşdırdı

643369

“SpaceX” şirkətinin təsisçisi İlon Mask Ukraynanın “Starlink” hərbi peyk rabitə sisteminə çıxışını məhdudlaşdırmaq barədə göstəriş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Mask və ABŞ Prezidenti Donald Tramp son həftələrdə Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri ilə bağlı narazılıqlarını ifadə ediblər. Nəşrin mənbələri bildiriblər ki, ötən həftə məlumat ötürmə sürətinin məhdudlaşdırılması Ukraynanın bir sıra hücum və ələkeçirici dronlarının fəaliyyətinə təsir göstərib.

WSJ-nin mənbələrindən biri qərarın Mask tərəfindən birtərəfli qaydada verildiyini, Trampın isə bununla bağlı heç bir göstəriş vermədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO