Talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - Video

Talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - Video

Hazırda oxunan: Talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - Video

643368

Fransada iqtisadi və sosial problemlərə qarşı keçirilən etirazlar zamanı talana məruz qalan lüks mağazalardan oğurlanmış mallar küçələrdə və onlayn təkrar satış platformalarında (resale) yarıqiymətinə satışa çıxarılıb. 

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, oktyabrın 17-də ölkə üzrə keçirilən və 800 minə yaxın insanın qatıldığı nümayişlər bəzi şəhərlərdə iğtişaşlar və qarətlərlə müşayiət olunub. 

Fransa Ticarət Federasiyasının məlumatına görə, Paris, Marsel, Lion və Bordo daxil olmaqla, ölkə miqyasında 1500-dən çox mağaza zərər çəkib. "Louis Vuitton", "Hermès", "Dior", "Celine" və "Sephora" kimi nəhəng brendlərin obyektləri talan edilib.

Baş verən hadisələrdən dərhal sonra "Sephora" kosmetikaları, çantaları, ətirlər və hətta "Pokémon" kolleksiya kartları küçə piştaxtalarında və sosial şəbəkələrdə su qiymətinə (10–15 avroya) təklif olunmağa başlayıb.

Oğurluq məhsulların "Vinted", "Amazon", "eBay", "Leboncoin", "Meta" və "TikTok" kimi platformalarda kütləvi satışı hökumətin sərt reaksiyasına səbəb olub. Rəqəmsal məsələlər üzrə nazir Ann Le Enanff və Ticarət naziri Serj Papen onlayn platformalardan şübhəli elanların təcili silinməsini və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilməsini tələb ediblər. "Vinted" və "eBay" artıq filtrləri sərtləşdirdiklərini və qaydaları pozan hesabları blokladıqlarını açıqlayıblar. 

Qeyd edək ki, Baş nazir Sebastyen Lekornyu iğtişaşlarla bağlı 1200-dən çox şəxsin saxlanıldığını bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO