Almaniya bu gün İrəvana növbəti — ilin əvvəlindən bəri sayca altıncı — deportasiya reysini həyata keçirib.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, sözügedən təyyarə ilə Almaniyadan çıxarılan Ermənistan vətəndaşları ölkələrinə qaytarılıb.
Qeyd olunur ki, Ermənistan hakimiyyəti digər ölkələrdən deportasiya edilən vətəndaşların sayı və təşkil olunan xüsusi reyslər barədə rəsmi statistikaları ictimaiyyətə təqdim etməkdən imtina edir.
Məlumat üçün bildirək ki, Almaniyadan Ermənistana analoji miqrant reysi bundan əvvəl sentyabr ayında gerçəkləşdirilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:21 / 14.10.2026
Ermənilər bu ölkədən deport edilir: artıq 6-cı təyyarə gəldi
Hazırda oxunan: Ermənilər bu ölkədən deport edilir: artıq 6-cı təyyarə gəldi
Hazırda oxunan: Ermənilər bu ölkədən deport edilir: artıq 6-cı təyyarə gəldi
642105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































