Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

Hazırda oxunan: Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

642060

Oktyabrın 13-də Belçikanın Rusiyadakı səfiri M. Jerebtsov ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Belçika diplomatına ölkəsinin hərbi-siyasi rəhbərliyinin Rusiyadan Belçika və Avropaya qarşı artan hibrid, təxribat və birbaşa hərbi təhdidlərin mövcudluğu ilə bağlı bəyanatlarının əsassız olduğu bildirilib.
 

Rusiya tərəfi Belçika rəsmilərinin Rusiyanı düşmən kimi təqdim edən aqressiv açıqlamalarının gərginliyin daha da artmasına və qarşıdurmanın nəzarətdən çıxması riskinə səbəb olduğunu vurğulayıb.


Moskva Belçika tərəfini bu cür bəyanatların nəticələrini qiymətləndirməyə və Avropa qitəsində gərginliyi artıran anti-Rusiya ritorikasını yumşaltmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO