Fransalı futbolçu \

Fransalı futbolçu \"Krasnodar\"ı tərk etdi

Hazırda oxunan: Fransalı futbolçu \"Krasnodar\"ı tərk etdi

63930

Rusiyanın “Krasnodar” klubu yarımmüdafiəçi Remi Kabella ilə yolları ayırıb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Remi Kabelya 2019-cu ilin yayında Fransanın "Sent-Etyen"indən "Krasnodar"a keçib.

O, Rusiya klubunda 62 oyunda 17 qol vurub, 10 qolun ötürməsini verib. Kabella Fransa millisində 4 oyuna çıxıb.

Xatırladaq ki, FİFA legioner oyunçulara Rusiya klubları ilə müqaviləni birtərəfli qaydada ləğv etməyə icazə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO