Polşada ukraynalılara qarşı zorakılıq halları artıb – Nifrətin səbəbi nədir?

Polşada ukraynalılara qarşı zorakılıq halları artıb – Nifrətin səbəbi nədir?

Hazırda oxunan: Polşada ukraynalılara qarşı zorakılıq halları artıb – Nifrətin səbəbi nədir?

635193

Sağçı siyasətçilərin antaukrayna ritorikasının güclənməsi fonunda Polşada ukraynalılara qarşı hücumların və digər cinayətlərin sayı artmaqdadır.

Bizim.Media xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 

Polis məlumatlarına əsasən, 2026-cı ilin ilk yarısında ukraynalılara qarşı etnik zəmində 180 cinayət qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 30% çoxdur. Fevral-iyun ayları arasında məhkəməyə göndərilən cinayət işlərinin 80%-dən çoxu ukraynalıların əleyhinə olub.


"Politico" bu tendensiyanı cəmiyyətdəki əhval-ruhiyyənin dəyişməsi ilə əlaqələndirir. CBOS-un (Centrum Badania Opinii Społecznej – İctimai Rəyin Öyrənilməsi Mərkəzi) məlumatına görə, ukraynalılara müsbət yanaşan polşalıların payı 2023-cü ildəki 51%-dən 2026-cı ilin yanvarında 29%-ə enib.

Səbəblər arasında Volın faciəsi və UPA daxil olmaqla tarixi mübahisələr, eləcə də ukraynalılara verilən sosial ödənişlər göstərilir.

Antaukrayna mövzusu 2027-ci il parlament seçkiləri öncəsi kampaniyanın nəzərəçarpacaq hissəsinə çevrilir. "Hüquq və Ədalət" partiyasının baş nazirliyə namizədi Pşemıslav Çarnek Kiyevə hərbi yardımların Ukraynanın tarixi siyasəti dəyişənə qədər dayandırılmasını tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO