Çin hərbçiləri Rusiyada - MƏQSƏD NƏDİR?

Çin hərbçiləri Rusiyada - MƏQSƏD NƏDİR?

Hazırda oxunan: Çin hərbçiləri Rusiyada - MƏQSƏD NƏDİR?

635173

Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları sentyabrın 7-də mina təmizləmə təlimlərində iştirak etmək üçün Rusiyaya hərbçilər göndərib. 

Bizim.Media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məşğələlər sentyabrın 12-nə qədər davam edəcək. Bu tədbir Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Müdafiə Nazirlərinin genişləndirilmiş müşavirəsinin ekspert işçi qrupunun tədbiridir.

Təlimlər bir neçə ölkənin silahlı qüvvələrinin səyləri ilə həyata keçirilir. Onların əsas məqsədi partlayıcı qurğular olan ərazilərdə təhlükəsizliyin bərpası bacarıqlarını yaxşılaşdırmaqdır. Bu çərçivədə mexaniki minalardan təmizləmə, minaaxtaran itlərin istifadəsi və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi kimi hərəkətlər işlənilir.

Tədbirin məqsədi təcrübə mübadiləsini təşviq etmək, iştirakçı dövlətlərin mina təmizləmə sahəsində potensialını gücləndirmək, eləcə də regionda sülh və sabitliyi möhkəmləndirməkdir.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO