
- A-
- A
- A+
Gündəm
23:19 / 01.12.2014
Siyasi məhbuslardan hakimiyyətlə razılığa gələ bilənlər azad olunacaq...
Hazırda oxunan: Siyasi məhbuslardan hakimiyyətlə razılığa gələ bilənlər azad olunacaq...
63517
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Siz dekabrın sonunda siyasi məhbus kimi tanınan şəxslərdən hansının əfv ediləcəyini gözləyirsiniz7
"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Əlövsət Əliyev Moderator.az-ın bu sualını aşağıdakı kimi cavablandırıb:
"Bilirsiniz, hakimiyyət bu vaxta kimi kimisə siyasi məhbus kimi tanımayıb. Həbsdən azad olunanları da siyasi məhbus kimi həbsdən azad etməyib. Başqa cür əsaslandırılıb, sonra isə həbsdən azad olunublar. Siyasi məhbuslardan kim hakimiyyətlə müəyyən razılığa gələ biləcəksə onlar azad olunacaqlar. Yəni təzə bir şey gözləmirəm. Ölkə başçısına bagışlanması üçün müraciət edən və bizim siyasi məhbus hesab etdiyimiz şəxslər azad oluna bilər. Təbii ki, bu müraciət hakimiyyətin istəyi ilə olacağı halda.
Konkret ad çəkmək və ya say göstərməksə çox çətindir."
Siyasi məhbus hesab edilənlərdən kimsə həbsxanda dünyasını dəyişsə, o zaman vəziyyət necə olar?
Əlövsət Əliyev hesab edir ki, hakimiyyət heç bundan da narahatlıq keçirənə oxşamır:
"Əslində hakimiyyətin məqsədi elə bundan ibarətdir. Siyasilərdən kiminsə həbsxanada həyatını dəyişməsi digərlərini azad düçüncədən çəkindirmək baxımından hakimiyyətə əhəmiyyətlidir. Bu elə hakimiyyətin məqsədi ola bilər. Amma ümid edək ki, bunlar baş verməyəcək. Eyni zamanda Novruzəli Məmmədovun həbsxanada dünyasını dəyişməsi digərlərinin vəziyyətini qətiyyən yüngülləşdirməmişdi."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































