Çex arxeoloqları Qazaxıstanda sovet repressiyalarının izlərini araşdırırlar

Çex arxeoloqları Qazaxıstanda sovet repressiyalarının izlərini araşdırırlar

Hazırda oxunan: Çex arxeoloqları Qazaxıstanda sovet repressiyalarının izlərini araşdırırlar

635148

Çex arxeoloqları Qazaxıstanın Tərəkti qəsəbəsində keçmiş Steplaq düşərgəsinin qalıqlarını araşdırırlar.

Bizim.Media xəbər verir ki, qazıntılar sovet dövrünün repressiya sisteminin tarixinin öyrənilməsi çərçivəsində aparılır.

Tədqiqatçılar Qərbi Çexiya Universiteti və “Gulag.cz” təşkilatının əməkdaşları ilə birlikdə düşərgənin keçmiş ərazisində müxtəlif tikili və məişət əşyalarının qalıqlarını sənədləşdirirlər.

Steplaq 1948–1956-cı illərdə fəaliyyət göstərib və burada 20 mindən çox məhbus saxlanılıb.

Onların əksəriyyəti siyasi maddə ilə məhkum edilmiş şəxslər olub. Məhbuslar arasında ukraynalı və Baltikyanı milli hərəkatların iştirakçıları, keçmiş hərbi əsirlər, həmçinin almanlar, yaponlar, polyaklar, çexlər və slovaklar olub.

Araşdırma zamanı düşərgənin rəsmi olaraq 1956-cı ildə ləğv edilməsinə baxmayaraq, ərazidə sonrakı illərə aid izlərə də rast gəlinib.

Layihə Qazaxıstanda repressiya tarixinin daha dərindən öyrənilməsinə imkan yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO