ABŞ prezidentinin xüsusi elçiləri Kiyev səfəri çərçivəsində Prezident Volodimir Zelenski və onun əsas müşavirləri ilə iki dəfə görüş keçiriblər. Uitkof və Kuşner Kiyevdə müharibənin qışa qədər nizamlanmasını istədiklərini bəyan ediblər.
Bizim.Media xəbər verir ki, Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirlərinin də qoşulduğu üçüncü raunddan sonra ABŞ nümayəndələri müzakirələrin məzmunlu xarakterindən ruhlandıqlarını və irəliləyişə ümid etdiklərini bildiriblər.
Məlumata görə, Kuşner və Uitkof tərəflərin iştirakı ilə "yenilənmiş" sülh təklifi hazırlamağı hədəfləyirlər.
Bununla belə, ekspertlər və nəşrlər müharibənin hələ bir müddət davam edə biləcəyini və bugünkü danışıqlardan dərhal sürətli qərarlar gözləməyin real olmadığını qeyd edirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
02:42 / 07.09.2026
Ukrayna müharibəsi qışa qədər dayanacaq?
Hazırda oxunan: Ukrayna müharibəsi qışa qədər dayanacaq?
Hazırda oxunan: Ukrayna müharibəsi qışa qədər dayanacaq?
635138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































