Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın xüsusi elçiləri ilə görüşü zamanı önəmli açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
O, təkcə müharibənin bitməsinin deyil, həm də Rusiyanın yenidən təcavüz etmək imkanını istisna edəcək ədalətli sülhün əldə olunmasının vacibliyini vurğulayıb.
"Biz əzab və ölüm istəmirik. Biz istəyirik ki, bu müharibə ədalətli şəkildə və elə bir tərzdə bitsin ki, Rusiyanın Ukraynaya qarşı yenidən təcavüz etmək üçün heç bir imkanı qalmasın", – deyə Zelenski bəyan edib.
Qeyd edək ki, qarşıda Birləşmiş Krallıq, Fransa və Almaniyanın iştirakı ilə ABŞ nümayəndələri ilə danışıqların növbəti raundu gözlənilir.
Bizim.Media






























































































