Rusiya XİN rəhbəri Sergey Lavrov Qərbin Moskva şəhərini Leypsiq aeroportundakı dron insidentində əlaqəsi olmaqda ittiham etməsini faktiki olaraq "əsl müharibənin başlanğıcı" kimi qiymətləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
Onun sözlərinə görə, Almaniya kansleri Mertsin bəyanatları Berlinin Rusiya ilə konfrontasiyaya hazırlaşdığını göstərir.
Lavrov Almaniyanın hərəkətlərindən müvafiq nəticələr çıxaracaqlarını bildirib.
Misal olaraq o, Rusiyanın Bonn şəhərindəki Baş Konsulluğunun bağlanmasını və Berlindəki Rus Evinin fəaliyyətinə xitam verilməsini göstərib, bu addımları İkinci Dünya müharibəsi ərəfəsində diplomatik nümayəndəliklərin bağlanması ilə müqayisə edib.
Qeyd edək ki, sentyabrın 1-də Almaniya Leypsiq/Halle aeroportunda dron vasitəsilə hücum cəhdinə görə məsuliyyətin Rusiyanın üzərində olduğunu bəyan etmiş, Rusiya isə bu ittihamları əsassız hesab edərək qəti surətdə rədd etmişdir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:51 / 06.09.2026
Lavrov Almaniyanın ittihamlarını "əsl müharibənin başlanğıcı" adlandırdı
Hazırda oxunan: Lavrov Almaniyanın ittihamlarını "əsl müharibənin başlanğıcı" adlandırdı
Hazırda oxunan: Lavrov Almaniyanın ittihamlarını "əsl müharibənin başlanğıcı" adlandırdı
635110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































