Polşanın müdafiə naziri Kosinyak-Kamış davam edən Rusiya təxribatları fonunda Varşavanın F-16 qırıcıları və vertolyotlar daxil olmaqla Hərbi Hava Qüvvələrinin fəallığını artırdığını, eləcə də şərq sərhədində monitorinqi və sürətli reaksiya sistemlərini gücləndirdiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, hava hücumundan müdafiənin gücləndirilməsi çərçivəsində Polşada 1000-dən çox hərbi qulluqçudan ibarət yeni 87-ci zenit alayı formalaşdırılacaq.
Alayın silahlanmasına "NAREW", "PILICA+" və "SAN" sistemləri daxil ediləcək.
Kosinyak-Kamış, həmçinin ağır texnikanın daha sürətli köçürülməsinə imkan verəcək yeni hərbi körpünün tikintisi ilə bağlı saziş bağlandığını bildirib.
Nazirin sözlərinə görə, bu tədbirlər Polşanın hava məkanının qorunmasının gücləndirilməsinə və ordunun hərəkətliliyinin artırılmasına yönəlib.
Bizim.Media


































































































