İranlı nazir: ABŞ yanılır, sanksiyalar ölkədə kollaps yaratmayacaq

İranlı nazir: ABŞ yanılır, sanksiyalar ölkədə kollaps yaratmayacaq

Hazırda oxunan: İranlı nazir: ABŞ yanılır, sanksiyalar ölkədə kollaps yaratmayacaq

635073

İran iqtisadiyyatını uğurla xarici sanksiya təzyiqinə qarşı qoya bilir və kollaps təhlükəsinə məruz qalmır.

Bizim.Media xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Məddinizadə bəyan edib.

Onun sözlərinə görə, ABŞ administrasiyası ölkənin iqtisadi sisteminə qarşı məhdudlaşdırıcı tədbirlər vasitəsilə bütöv bir xalqın qərarlarına təsir edə biləcəyini düşünməkdə yanılır.

"Onlar İran iqtisadiyyatının kollapsından və ya boğulmasından danışırlar, lakin biz iqtisadi strukturun islah edilməsindən, məhsuldarlığın artırılmasından, ticarətin, istehsalın və investisiyaların inkişafından danışırıq", – deyə qurum rəhbəri qeyd edib.
 

Məddinizadə əlavə edib ki, cari şəraitdə dövlət strategiyasının əsas istiqamətləri ticarət tərəfdaşlarının şaxələndirilməsi, regional ticarətin inkişafı, özəl sektorun gücləndirilməsi və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasıdır.


Bundan əlavə, Tehranın prioritetləri arasında qeyri-neft ixracının artırılması, logistika dəhlizlərinin və bank sisteminin modernləşdirilməsi, investisiyaların cəlb edilməsi, eləcə də inflyasiya səviyyəsinə nəzarət olunması yer alır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO