ABŞ prezidenti Donald Tramp İspaniyadakı miqrasiya böhranından təəssüfləndiyini bildirib və yerli hakimiyyət orqanlarını sərhədlərə heç bir nəzarət etməməkdə ittiham edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, "Truth Social" səhifəsində yazıb.
"İspaniyada, öz sərhədlərinə sıfır nəzarəti olan ölkədə baş verənlər çox kədərlidir", – deyə o bildirib.
Qeyd edək ki, iyulun sonunda İspaniyanın Şimali Afrikada yerləşən və Mərakeşlə həmsərhəd olan Seuta avtonom şəhəri kütləvi miqrant axını ilə üzləşmişdi. Bundan sonra İspaniya bölgəyə əlavə polis, mülki qvardiya və silahlı qüvvələr göndərmişdi.
Bəzi Avropa İttifaqı ölkələrinin nümayəndələri İspaniyanın miqrasiya siyasətini tənqid ediblər. İtaliya, Çexiya, Finlandiya və Danimarka daxil olmaqla bir neçə Aİ ölkəsinin rəsmiləri İspaniyanın Şengen zonasındakı üzvlüyünün müvəqqəti dayandırılmasına çağırıblar.
Bizim.Media








































































































