
- A-
- A
- A+
Keçmiş qonşusu Kaya Kallasın gəncliyindən danışdı: "Mən heç də rusofob deyiləm"
Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın gənclik illərində özünü rusofob hesab etmədiyi məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə onunla tələbəlik illərində qonşu olmuş və siyasi mövzularda tez-tez ünsiyyət qurmuş Dmitri Linter bildirib.
Linterin sözlərinə görə, Kallas gəncliyində siyasi gündəmə böyük maraq göstərib və əqidəsinə sadiq olub, lakin o dövrdə millətlərarası məsələlərdə neytral mövqe tutub.
O, bir dəfə Kallasdan onun rusofob olub-olmadığını soruşduğunu, Kallasın isə cavabında: "Dim, mən necə rusofob ola bilərəm, axı səninlə normal ünsiyyət qururam", – dediyini xatırladıb.
Xatırladaq ki, daha əvvəl Avropa diplomatiyasının rəhbəri Finlandiyanın "Azadlıq Alyansı" partiyasının üzvü Armand Memanın tənqidləri ilə üzləşmişdi. O, Kallasın rusiyalılara qarşı viza məhdudiyyətləri tətbiq etmək istədiyini və bunun "rusofobiyanın pik nöqtəsi" olduğunu bildirmişdi.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































