Pentaqon rəhbəri İranı hədələdi

Pentaqon rəhbəri İranı hədələdi

Hazırda oxunan: Pentaqon rəhbəri İranı hədələdi

635036

Pentaqon rəhbəri hücumların davam edəcəyi təqdirdə İranın tankerlərini məhv etməklə hədələyib.

Bizim.Media xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset bildirib ki, ABŞ ordusu İranın bölgədəki ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etməyə davam edərsə, onun bütün tanker donanmasını vurub batırmağa qadirdir.
 

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) şənbə günü ABŞ hərbi gəmilərinə edilən hücumlara cavab olaraq üç İran tankerini vurduğunu elan etməsindən sonra Heqset sosial mediada yazıb:


"Əgər İran ABŞ gəmilərinə atəş açsa, biz də onların tankerlərini məhv edəcəyik. Onların etməli olduğu tək şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır".

Pentaqon rəhbəri vurğulayıb ki, İranın tanker donanması müdafiəsizdir:

“İranın nə donanması, nə də hava qüvvələri var. Təyyarələrimiz, gəmilərimiz və sualtı qayıqlarımız hamısına zərbə endirə bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO