Uşakov: Amerikalılarla müzakirə şam yeməyi zamanı da davam etdi - VİDEO

Uşakov: Amerikalılarla müzakirə şam yeməyi zamanı da davam etdi - VİDEO

Hazırda oxunan: Uşakov: Amerikalılarla müzakirə şam yeməyi zamanı da davam etdi - VİDEO

635031

Putinin ABŞ danışıqçıları ilə görüşü konstruktiv olub.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov acıqlama verib.

Uşakov danışıqların məzmunlu və son dərəcə səmimi keçdiyini əlavə edib: "Söhbət üç saatdan çox, daha dəqiq desək, üç saat 10 dəqiqə çəkib. Son dərəcə ciddi məsələlər üzrə müzakirə həm masa arxasında, həm də qeyri-rəsmi şəraitdə şam yeməyi zamanı davam edib. Müzakirələr yalnız Ukrayna ilə məhdudlaşmadı. Potensial Rusiya-Amerika layihələri barədə də danışıqlar aparıldı".

Uşakov xatırladıb ki, Prezident Donald Trampın tapşırığı ilə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna böhranının həlli ilə bağlı dialoqu davam etdirmək və digər aktual məsələləri müzakirə etmək üçün Moskvaya gəliblər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO