Rusiya Prezidenti Vladimir Putinin amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner ilə görüşü 3 saatdan çox davam edib.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, görüş başa çatdıqdan sonra Uitkoff və Kuşnerin kortejləri Kremldən yola düşüb.
Bu, Putinin Uitkoffla səkkizinci görüşüdür. Kuşner isə Ukrayna nizamlanması ilə bağlı müzakirələrdə üçüncü dəfə iştirak edir.
Moskvadakı görüşdən sonra Uitkoff və Kuşnerin danışıqları davam etdirmək üçün Kiyevə gedəcəkləri bildirilir.
Bizim.Media








































































































