İranda koronavirusa daha neçə nəfər yoluxub? – STATİSTİKA

İranda koronavirusa daha neçə nəfər yoluxub? – STATİSTİKA

Hazırda oxunan: İranda koronavirusa daha neçə nəfər yoluxub? – STATİSTİKA

63468

Dünyanın mötəbər elmi jurnallarından olan “Clinical Microbiology and Infection” jurnalında İranın “Kovo İran Bərəkət” vaksini barədə tədqiqat məqaləsi çap edilib.

Bizim.Media İran mətbuatına istinadla xəbər verir ki, məqalədə İranda istehsal edilən peyvəndin yan təsirlərinin olmaması və koronavirusa qarşı səmərəli olduğu bildirilib.

İranın Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya əsasən, son 24 saat ərzində ölkə ərazisində 5586 nəfərin COVID-19-a yoluxması, 201 nəfərin isə yoluxaraq ölməsi faktı qeydə alınıb.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 7 milyon 89 min 892-yə, pandemiyanın qurbanlarının ümumi sayı isə 137 min 948 nəfərə çatıb.

Ölkə üzrə müxtəlif xəstəxanaların reanimasiya şöbələrində müalicə alan 3722 nəfər xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, müalicə alan 6 milyon 730 min 318 nəfər sağalaraq evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO