Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro xarici dövlət başçısı kimi toxunulmazlığa malik olduğu əsası ilə ABŞ hakimindən narkotiklərin qanunsuz dövriyyəsi ittihamlarının ləğv edilməsini xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yazıb.
Maduronun vəkilləri bildiriblər ki, heç bir Amerika məhkəməsi ittiham irəli sürüldüyü anda öz ölkəsində dövlət başçısı kimi tanınan xarici liderə qarşı cinayət işinə baxmayıb:
"Dövlət başçıları özlərindən başqa heç bir məhkəmədə cinayət məsuliyyətinə cəlb oluna bilməzlər".
Müdafiə tərəfi Maduronun ittihamları qəti şəkildə rədd etdiyini və məhkəmə olacağı təqdirdə onun yalandan ittiham olunduğunun aşkara çıxacağını vurğulayıb.
Çərşənbə günü təqdim edilən digər sənədlərdə Maduronun həyat yoldaşı Siliya Floresin də suveren toxunulmazlıq prinsipi əsasında ABŞ-da cinayət təqibindən toxunulmazlığa malik olduğu iddia edilib.
Federal prokurorlar müdafiə tərəfinin arqumentlərinə cavablarını bu ayın sonunadək təqdim etməyi planlaşdırırlar. Hakim Alvin Hellerstayn ittiham aktının ləğvi ilə bağlı şikayətlərə baxılması üçün noyabrın 17-nə şifahi dinləmələr təyin edib. Hazırda Maduro həyat yoldaşı ilə birlikdə Bruklindəki federal həbsxanada saxlanılır. Əgər işə xitam verilməsi ilə bağlı vəsatət təmin olunmasa, onların məhkəməsi 1 iyun 2027-ci il tarixinə təyin edilib.
Onlar ABŞ-a kokain idxal etmək məqsədilə sui-qəsddə iştirak etməkdə təqsirli bilinərlərsə, ömürlük həbs cəzası ilə üzləşə bilərlər.
Xatırladaq ki, 2026-cı ilin əvvəlində ABŞ prezidenti Donald Tramp hərbi əməliyyat keçirərək Venesuela prezidentini bu ölkədən çıxarmışdı. Əməliyyat üçün rəsmi bəhanə Maduronun ABŞ-da axtarışda olması idi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:30 / 03.09.2026
Maduro cütlüyü ittihamları rədd edir – VƏKİLLƏRDƏN AÇIQLAMA
Hazırda oxunan: Maduro cütlüyü ittihamları rədd edir – VƏKİLLƏRDƏN AÇIQLAMA
Hazırda oxunan: Maduro cütlüyü ittihamları rədd edir – VƏKİLLƏRDƏN AÇIQLAMA
634554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































