"Sequoia Capital" şirkətinin sədri, 11,8 milyard dollar sərvəti olan vençur investoru Duq Leone özünü sınamaq üçün ekstrimə gedib. O, mühüm görüşdən əvvəl dişinin kökünün təmizlənməsi prosedurunu tamamilə novokainsiz (anesteziyasız) həyata keçirməyi tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
69 yaşlı milyarder podkastda bildirib ki, həyatı boyu əslində "güclü oğlan" olub-olmadığını öyrənmək istəyib:
"Mən maska arxasında hiyləgərəm, yoxsa daxilən həqiqətən güclüyəm?"
Stomatoloqun şoka düşməsinə baxmayaraq, Leone əməliyyat zamanı tərpənməyəcəyinə söz verib.
Dözmək üçün o, döyüşdə ağır yaralanan əsgərləri düşünüb:
"Onların ağrısının nəticələri var idi, mənim ağrımın isə heç bir nəticəsi yox idi". Prosedurdan sonra o, evə gedib paltarını dəyişməli olub, çünki qorxudan və gərginlikdən tər içində qalmışdı.
Leone etiraf edib ki, o, "qorxunu sevir" – bu, onu ruhlandırır və çətinliklərin öhdəsindən gəlməyə kömək edir. İtaliyadan ABŞ-a mühacirət edən investor məhz belə sərt düşüncə tərzi sayəsində "Sequoia Capital"ı qlobal investisiya nəhənginə çevirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:50 / 03.09.2026
69 yaşlı milyarder özünü sınamaq üçün görün nə etdi?
Hazırda oxunan: 69 yaşlı milyarder özünü sınamaq üçün görün nə etdi?
Hazırda oxunan: 69 yaşlı milyarder özünü sınamaq üçün görün nə etdi?
634545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































