Dünən səhər saatlarında Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) bölmələri ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) əməkdaşları arasında silahlı insident baş verib.
Bizim.Media xəbər verir ki, münaqişə GUR xüsusi təyinatlılarının SBU komandirlərindən biri olan Kaplunovu Şumska küçəsinə gətirən naməlum şəxsləri saxlamağa cəhd etməsindən sonra başlayıb.
Daha sonra həmin şəxslərin SBU zabitləri olduğu müəyyən edilib.
Münaqişə müvəqqəti həll edildikdən sonra bölmələr arasında daha bir atışma baş verib. İlkin məlumatlara görə, tərəflər arasında itkilər var.
"Strana.ua" nəşrinin yazdığına görə, idarələr arasındakı münaqişənin kökləri Prezident Ofisinin rəhbəri Kirill Budanov və SBU rəhbərinin səlahiyyətlərini icra edən Aleksandr Poklad arasındakı şəxsi düşmənliyə gedib çıxır.
Atışmadan sonra Kirill Budanov Volodimir Zelenskiyə müraciət edərək SBU tərəfindən GUR agentlərinə qarşı təzyiqlərinə son qoyulmasını tələb edib.
Bununla belə, o, insidentin ədalətli şəkildə araşdırılmasına çağırış edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:44 / 03.09.2026
Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əməkdaşları arasında insidentin ANBAAN VİDEOSU
Hazırda oxunan: Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əməkdaşları arasında insidentin ANBAAN VİDEOSU
Hazırda oxunan: Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əməkdaşları arasında insidentin ANBAAN VİDEOSU
634543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































