Qədim şəhər tapıldı: İsa burada kor adamı sağaldıb?

Qədim şəhər tapıldı: İsa burada kor adamı sağaldıb?

Hazırda oxunan: Qədim şəhər tapıldı: İsa burada kor adamı sağaldıb?

634537

İsrailin şimalında aparılan miqyaslı yay qazıntılarının yekunlarına əsasən, “Bethsaida-Julias” tədqiqat qrupu Qalileya dənizinin sahilində İncildə bəhs edilən qədim Bethsaida şəhərini tapdıqlarına "mütləq əmin" olduqlarını açıqlayıblar.

Bizim.Media xəbər verir ki, onillik qazıntılar zamanı alimlər yağ lampaları, kosmetik alətlər, sikkələr, qədim divarlar, dəyirman daşları və Yerusəlimdə I əsrdə istehsal olunmuş bütöv İrod lampaları aşkar ediblər. Bu tapıntılar həmin dövrdə şəhərdə yəhudilərin yaşadığını və ərazinin tərəqqi etdiyini sübut edir.

İncilə görə, İsa məhz Bethsaidada kor adamı sağaltmış, beş çörək və iki balıqla minlərlə insanı doydurmuşdur. Həmçinin şəhərin həvarilər Peter, Andrey və Filipin doğma yurdu olduğu güman edilir. 2016-cı ildən bəri davam edən qazıntılar zamanı daha əvvəl qədim kilsələr və mozaika nümunələri də tapılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO