
- A-
- A
- A+
Dünya
08:57 / 03.09.2026
Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO - VİDEO
Hazırda oxunan: Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO - VİDEO
634533
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiya qoşunlarının Ukraynanın Odessa şəhərində yerləşən 21 mərtəbəli yaşayış binasına gecə hücumu nəticəsində üçü uşaq olmaqla 17 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, zərbə binanın 10-cu mərtəbəsindən 17-ci mərtəbəsinədək olan mənzillərə, həmçinin yaxınlıqda park edilmiş avtomobillərə ziyan vurub.
Hadisə yerində kommunal və fövqəladə xidmətlərin əməkdaşları çalışır.
Mütəxəssislər dəymiş zərəri qeydə almağa və hücumun nəticələrini aradan qaldırmağa davam edirlər. Sakinlər üçün operativ qərargahlar yaradılıb. Burada onlar zəruri yardım və məsləhətlər ala bilərlər.


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































