
- A-
- A
- A+
Dünyanın ən varlı 10 insanı açıqlandı
Avqust ayında İlon Maskın sərvəti 202 milyard dollar artaraq 892 milyard dollara çatıb. "SpaceX" və "Tesla"nın təsisçisi hazırda dünyanın ən zənginləri arasında ilk pillədədir.
Bizim.Media xəbər verir ki, "Forbes"in 1 sentyabr 2026-cı il tarixinə olan məlumatına görə, dünyanın ən zəngin 10 şəxsinin ümumi sərvəti 2,8 trilyon dollara çatıb. Bu, bir ay əvvəllə müqayisədə 200 milyard dollar çoxdur.
Dünyanın ən zəngin 10 şəxsi:
1. İlon Mask ("SpaceX", "Tesla") — $892 mlrd (+$202 mlrd)
2. Larri Peyc ("Google") — $277 mlrd (-$15 mlrd)
3. Ceff Bezos ("Amazon") — $268 mlrd (-$10 mlrd)
4. Sergey Brin ("Google") — $256 mlrd (-$13 mlrd)
5. Maykl Dell ("Dell Technologies") — $241 mlrd (+$12 mlrd)
6. Mark Sukerberq ("Meta") — $197 mlrd (+$6 mlrd)
7. Larri Ellison ("Oracle") — $193 mlrd (+$25 mlrd)
8. Censen Huanq ("Nvidia") — $191 mlrd (+$17 mlrd)
9. Stiv Balmer ("Microsoft") — $155 mlrd (+$10 mlrd)
10. Amansio Orteqa ("Zara" / "Inditex") — $148 mlrd (+$5 mlrd)
Qeyd edək ki, 116 milyard dollar sərvəti olan Elıs Uolton ("Walmart") 16-cı pillədə qərarlaşaraq dünyanın ən zəngin qadını olaraq qalır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































